2(134)/2017

FAYDALI QAZINTILARIN VƏ KARBOHİDROGEN RESURSLARININ VERGİTUTMA MƏSƏLƏLƏRİ

Kəlbiyev Yaşar Atakişi oğlu
i.e. d., prof., Azərbaycan Dövlət İqtisad Universiteti


Xülasə


Tədqiqatın məqsədi – təbii ehtiyatların hasilatı prosesində yaranan vergitutma problemlərinin tədqiqi.
Tədqiqatın metodologiyası – sistemli təhlil, məlumatların analizi və sintezi, ümumiləşdirmə.
Tədqiqatın nəticələri – təbii ehtiyatların hasilatı layihələrinin həyata keçirilməsi zamanı fiskal alətlərin seçimini müəyyən edən amillər nəzərdən keçirilmiş, dövlətin vergi suvereniteti daşıyıcısı və təbii ehtiyatların mülkiyyətçisi kimi malik olduğu alətlər təhlil edilmiş və faydalı qazıntıların və karbohidrogen resurslarının mənimsənilməsi layihələri üçün fiskal rejimin işlənməsi zamanı beynəlxalq təcrübədən cıxarıla bilən nəticələrlə bağlı təklif və tövsiyələr verilmişdir.
Tədqiqatın məhdudiyyətləri – faydalı qazıntıların və karbohidrogen resurslarının mənimsənilməsi prosesində yaranan vergitutma problemlərinin hərtərəfli təhlilinə həsr olunan elmi tədqiqatların məhdud olması.
Tədqiqatın praktiki əhəmiyyəti – təbii ehtiyatların mənimsənilməsi layihələrinin həyata keçirilməsi zamanı yaranan vergitutma problemlərinin aradan qaldırılması üçün mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq elmi mənbə kimi, həmçinin gələcək elmi tədqiqatlar üçün ilkin baza qismində istifadəsi mümkündür.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – faydalı qazıntıların və karbohidrogen resurslarının mənimsənilməsi layihələrinin həyata keçirilməsi prosesində yaranan vergitutma problemlərinin aradan qaldırılması ilə bağlı məsələlər kompleks şəkildə tədqiq olunmuşdur.


Açar sözlər: fiskal alətlər, vergi suvereniteti, royalti, icarəyə görə bonuslar, təbii ehtiyatlara renta vergisi.


Məqaləni yükləyin