2(134)/2017

AUDİTƏ İCTİMAİ ETİMADIN GÜCLƏNDİRİLMƏSİ

Novruzov Vahid Tapdıq oğlu
i.e.d., prof., Azərbaycan Respublikası Auditorlar Palatasının sədri
Əhmədli Nərmin Abbas qızı
bakalavr


Xülasə


Tədqiqatın məqsədi – auditin lazımi səviyyədə qiymətləndirilməsinin təhlili, auditə olan inamın gücləndirilməsi və bu istiqamətdə beynəlxalq təcrübə də araşdırılmaqla tədqiqat aparmaq.
Tədqiqatın metodologiyası – sistemli yanaşma, müqayisəli və statistik təhlil.
Tədqiqatın nəticələri – yalnız auditorlar tərəfindən Beynəlxalq Audit Standartlarına və fundamental prinsiplərə riayət edilməsi, ictimai maraqlara uyğun gələn peşəkar auditor xidmətinin göstərilməsi şəraitində audit xidməti ictimai etimad qazana bilər.
Tədqiqatın məhdudiyyətləri – auditin ölkə iqtisadiyyatı üçün nisbətən yeni bir infrastruktur sahə olması, göstərilən auditor xidmətlərinin keyfiyyətinin və çeşidinin yüksək olmaması, auditorların özlərinin peşəkarlıq səviyyəsinin qənaətbəxş olmaması, audit qanunvericiliyinin özündə müəyyən boşluqların mövcudluğu, digər tərəfdən isə auditin tətbiqi istiqamətində qanunlara əməl olunmaması ilə auditə ictimaiyyətin etimadının və ondan gözləntilərin hədsiz dərəcədə aşağı olması.
Tədqiqatın praktiki əhəmiyyəti – audit fəaliyyəti sahəsində peşə-ixtisas səviyyəsinin yüksəldilməsində, auditorun işinin nəticəsinin iqtisadi uğurların davalılığına təsirinin müəyyənləşdirilməsində və tədqiqində metodik vasitə kimi istifadə oluna bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – auditə ictimai etimadın gücləndirilməsi istiqamətində auditin inkişafı və şəffaflığın artırılmasında yüksək nəticələri olan ölkələrin təcrübəsini də nəzərə alaraq, konkret məqsəd və vəzifələrin, Beynəlxalq Audit Standartları (bundan sonra - BAS) və Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun tələblərin, yüksək meyarların müəyyən olunub elmi cəhətdən əsaslandırılması aparılmışdır.


Açar sözlər: ictimai etimad, auditor - ictimaiyyət, auditin keyfiyyəti, gözləntilərin doğrulmaması, müstəqillik.


Məqaləni yükləyin